`AŞPA-nın qərarını tanımırıq` - Ərdoğan


13:58     26 Aprel 2017 receb-tayyib-erdogan-recep-tayyib-erdogan.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib.


Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Ərdoğan bununla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada qərarın siyasi olduğu bildirilib: “Türkiyəyə qarşı qəbul edilən qərara tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl “Reuters”ə müsahibəsində Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutduğunu deyib: “Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çüləri təmizləyirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 1401


Oxşar xəbərlər